...

FHN: "Riyad" Ticarət Mərkəzində yanğında 2 nəfər xəsarət alıb

Hadisə Materials 15 İyul 2018 17:44 (UTC +04:00)
Abşeron rayonunda ticarət mərkəzində yanğın olub.
FHN: "Riyad" Ticarət Mərkəzində yanğında 2 nəfər xəsarət alıb

İlk xəbər saat 14:17-də yayımlanıb

Bakı. Samir Əli - Trend:

FHN bu gün gündüz saatlarında Xırdalanda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Trend-in verdiyi xəbərə əsasən, məlumatda qeyd olunur ki, Abşeron rayonu, Xırdalan şəhərində ticarət mərkəzinin ərazisində yerləşən mağazanın alkopandan ibarət üzlüyü 340 m² sahədə və qapısı yanıb. Yanğın zamanı 2 nəfər yüngül yanıq xəsarəti alıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

X X X

Abşeron rayonunda ticarət mərkəzində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, yanğın rayon ərazisindəki "Riyad" Ticarət Mərkəzindəki mebel dükanının anbarında başlanıb.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti