...

Bakı sakini kafedə xüsusi amansızlıqla döyülərək öldürüldü

Hadisə Materials 26 Oktyabr 2018 14:16 (UTC +04:00)
Bakıda kafedə kişi döyülərək öldürülüb.
Bakı sakini kafedə xüsusi amansızlıqla döyülərək öldürüldü

Bakı. Samir Əli - Trend:

Bakıda kafedə kişi döyülərək öldürülüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsindəki "Ordubad" kafesində baş verib. Bakı sakini Məmmədzadə Nizam Ceyhun oğlu həmin kafedə Ələkbərov Elçin Vahid oğlunu xüsusi amansızlıqla döyüb.

E.Ələkbərov qapalı kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli ağır xəsarətləri ilə Respublika Neyrocərrahiyyə xəstəxanasına yerləşdirilsə də, orada ölüb.

Faktla bağlı Xətai rasyon Prokurorluğöunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti