...

Türkiyədə güclü PARTLAYIŞ oldu

Hadisə Materials 14 Yanvar 2019 09:59 (UTC +04:00)
Türkiyənin Sakarya vilayətində qaz borusu keçən ərazinin yaxınlığında güclü partlayış baş verib.
Türkiyədə güclü PARTLAYIŞ oldu

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Sakarya vilayətində qaz borusu keçən ərazinin yaxınlığında güclü partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışın yaşayış məntəqəsinə yaxın dağlıq ərazidə baş verdiyi bildirilir. İnsident nəticəsində xəsarət alan və ya ölənlərin olması barədə məlumat yoxdur.

Partlayışdan sonra yanğın başlayıb. Yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində iş aparırlar.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti