...

Bakıda qəza törədən sürücünün meyitini FHN çıxardı

Hadisə Materials 25 Yanvar 2019 12:01 (UTC +04:00)
Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” və “Toyota” markalı iki minik avtomobili toqquşub.
Bakıda qəza törədən sürücünün meyitini FHN çıxardı

Bakı. Trend:

Bakı şəhərinin Qaradağ rayonunda “VAZ” və “Toyota” markalı iki minik avtomobili toqquşub.

FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü 1973-cü il təvəllüdlü Əhmədov Şamil Şiraz oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti