...

Bakıda tikintidə faciə: başına boru düşən fəhlə öldü

Hadisə Materials 19 Oktyabr 2019 11:14 (UTC +04:00)
Bakıda tikintidə ölüm hadisəsi baş verib
Bakıda tikintidə faciə: başına boru düşən fəhlə öldü

Bakı. Samir Əli - Trend:

Bakıda tikintidə ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Neftçilər prospektində yeni tikilən yaşayış binasının inşası zamanı olub.

Həmin tikintidə işləyən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Ramiz Vəli oğlu tikinti ərazisində işlədiyi vaxt başına boru dəyib. R.İsmayılov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Hüquq-mühafizə oqanları hadisə yerinə gələrək meyiti və hadisə yerini müayinə edib, meyit daxili müayinə üçün Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti