...

Binədə "Lada" 45 yaşlı qadını xəstəxanalıq etdi

Hadisə Materials 20 Fevral 2020 10:52 (UTC +04:00)
Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Binədə "Lada" 45 yaşlı qadını xəstəxanalıq etdi

Bakı. Ceyhun Ələkbərov - Trend:

Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə bu gün səhər Binə qəsəbəsində qeydə alınıb. Yolu keçmək istəyən piyada - 1974-cü il təvəllüdlü Xətibova Venera Eldost qızını "Lada" markalı minik avtomobili vurub. Qadın hadisə nəticəsində ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Ona açıq kəllə-beyin travması, çanaq sümüyünün sınığı diaqnozu qoyulub.

V.Xətibova hazırda reanimasiya şöbəsində müalicə alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti