...

Bakıda dəhşət: Fəhlə "KamAz"ın altında qalıb öldü

Hadisə Materials 25 Fevral 2020 10:50 (UTC +04:00)
Bakıda fəhlə faciəli şəkildə ölüb
Bakıda dəhşət: Fəhlə "KamAz"ın altında qalıb öldü

Bakı. Samir Əli - Trend:

Bakıda fəhlə faciəli şəkildə ölüb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 4-cü qapı küçəsində yerləşən metal qırıntıları sexində baş verib.

Həmin sexdə fəhlə işləyən, 1977-ci il təvəllüdlü Səlimov Zaur Qulu oğlu sexdə metal qırıntılarını yük avtomobilinə yükləyərkən Nəcəfov Eldar Qədim oğlu "KamAz" markalı həmin yük avtomobilini arxaya verib. Həmin vaxt Z.Səlimov yük maşınının altında qalaraq ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti