...

Samuxda faciə: Maşın kanala düşdü, 6 yaşlı uşaq suda boğuldu

Hadisə Materials 2 May 2020 13:12 (UTC +04:00)
Samuxda faciə: Maşın kanala düşdü, 6 yaşlı uşaq suda boğuldu

Bakı. Trend:

Samux rayonunun Köbər kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 1-də saat 20 radələrində Samux rayonunun Köbər kəndi ərazisində kənd sakini E.Süleymanov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı su kanalına aşırıb. Nəticədə sərnişini, 6 yaşlı oğlu Hüseyn suda boğularaq ölüb.

Samux RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti