...

Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı binada uçqun olub, xəsarət alan var (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 10 İyun 2020 02:26 (UTC +04:00)
Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı binada uçqun olub, xəsarət alan var (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli -Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində (Çerkassi və Koroğlu küçələrinin kəsişməsi) məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli yarımçıq tikili binada uçqun olması, 1 nəfərin xəsarət alması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, Nazirliyin Sumqayıt Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın girişində pilləkən uçub, nəticədə xəsarət alan 1967-ci il təvəllüdlü Cəfərova Gülxanım Ramazan qızı xəstəxanaya yerləşdirilib.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə və digər təxirəsalınmaz işlər nəticəsində binada köməksiz vəziyyətdə qalan 5 nəfər (4-ü azyaşlıdır) təhlükəsiz əraziyə təxliyə edilib, ərazidə təhlükəsizlik təmin olunub.

XXX

00:48

Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı binada uçqun olub.

Trend-in məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayonunda baş verib. Binanın qəzalı vəziyyətdə olan pilləkən qəfəsi qəfil uçub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Uçqun olan ərazi nəzarətə götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti