...

Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub

Hadisə Materials 13 Dekabr 2021 15:48 (UTC +04:00)
Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub

Bakı. Fərid Zöhrabov - Trend:

Daşkəsəndə qanunsuz silah saxlayan şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Qabaqtəpə kənd sakini İqbal Bağırovdan 1 ədəd “TOZ-63” markalı, 16 kalibirli, qoşa lüləli ov tüfəngi, həmkəndlisi Faiq Abdullayevdən isə tək lüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti