...

Vətənimizə qayıtmağımıza çox sevinirik - Füzuliyə qayıdan sakin

Gündəm Materials 26 Aprel 2024 07:00 (UTC +04:00)
Vətənimizə qayıtmağımıza çox sevinirik - Füzuliyə qayıdan sakin
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Çox sevinirəm, vətənimizə qayıtmağımıza çox sevinirik.

Bunu Trend-ə Füzuliyə qayıdan sakin Süsən Əbilova deyib.

O qeyd edib ki, 30 il çox çətin keçib. “İndi çox sevinirik. Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət etsin qazilərinizə şəfa versin ki, onlar bu günü bizə yaşatdılar. 10 gündür ki, sevinclə hazırlaşırıq ki, uzun illərdən sonra Vətənimizə qayıdırıq”, - deyə o əlavə edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, bu gün Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı aprelin 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 140 nəfər köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti