...

Rusiyada dörd avtomobil toqquşub, ölən və yaralılar var

Hadisə Materials 20 Fevral 2022 05:37 (UTC +04:00)
Rusiyada dörd avtomobil toqquşub, ölən və yaralılar var

Bakı. Trend:

Rusiyanın İvanovo vilayətində avtobus və üç minik avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

Trend xəbər verir ki, regional polis idarəsinin məlumatına görə,

Qəza İvanovo-Rodniki magistralında baş verib. “VAZ-2112” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşıdan gələn zolağa çıxıb. Sonra o, əvvəlcə başqa bir “VAZ-2112” markalı avtomobilə çırpılıb, daha sonra sərnişin avtobusuna çırpılıb, daha sonra isə digər minik avtomobiliylə toqquşub.

Nəticədə birinci avtomobilin sürücüsü hadisə yerində keçinib, 3 sərnişin xəsarət alıb. Digər avtomobillərdə xəsarət alan və ölən yoxdur.

Hazırda polis hadisə yerindədir, hadisənin bütün şəraitini müəyyənləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti