...

Lahıcdakı qaya uçqununun səbəbi AÇIQLANDI (FOTO/VİDEO)

Hadisə Materials 14 Aprel 2022 16:49 (UTC +04:00)
Lahıcdakı qaya uçqununun səbəbi AÇIQLANDI (FOTO/VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllı-Lahıc avtomobil yolunun sağ hissəsində yerləşən, hündürlüyü təqribən 100 metrə yaxın qayada uçqun baş verib.

Hadisə il bağlı Trend-ə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib ki, uçqun hal-hazırda səngiyib.

"Asılı qaya parçalarının yola düşmə ehtimalı azdır. Bu uçqun prosesidir. Yolun sağ tərəfində sürüşmə ehtimalı yoxdur. Təbii ki, qayanın özü yağış, külək və s. səbəblərdən destruksiyaya uğrayır. Buna görə də qayada parçalanma gedir. Klastik parçalanmadan sonra asılı iri qaya parçaları öz dayanıqlığını itirir və uçmayla nəticələnir. Həmin ərazi üçün uçqunların olması klassik davamlı uçma kateqoriyasına daxildir. Bu ərazidə əvvəllər də uçqun prosesi baş verib. Son ayda iki dəfə bu ərazidə uçqunun olmasının səbəblərindən biri də yağıntının çox olmasıdır. Həmin yamacın hamarlanıb bitməsinə qədər uçqun proseslərinin olması ehtimalı var", - deyə Xidmət rəisi bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülərək yolu bağlamışdı. Artıq yol qaya parçalarından təmizlənib və hərəkət bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti