...

Evlərdən oğurluq edən və narkotik satan şəxslər saxlanılıblar (FOTO/VİDEO)

Hadisə Materials 18 Aprel 2022 12:44 (UTC +04:00)
Evlərdən oğurluq edən və narkotik satan şəxslər saxlanılıblar (FOTO/VİDEO)

Bakı. Trend:

Xəzər rayonu Binə qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, zərərçəkən Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək evdən təmir-tikinti əşyaları, eləcə də elektrik naqillərinin oğurlandığını bildirib. Şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan T. Baradov qısa zamanda saxlanılıb. Polis Şöbəsində araşdırma aparılan zaman onun Binə qəsəbəsində əlavə olaraq 6 evdən oğurluq etdiyi müəyyən edilib.

3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı Binə qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirən şəxslər saxlanılıblar.

Belə ki, əməliyyat zamanı paytaxt sakini Ruslan Melnik tutulyb. Onun üzərindən 1 büküm narkotik vasitə olan heroin aşkar edilib. Həmin şəxs ifadəsində narkotik vasitələri Binə qəsəbəsində Zahir və Mahmud adlı şəxslərdən aldığını bildirib. Şöbə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Binədə narkotiklərin satışı ilə məşğul olan Zahir Əmralıyev və Mahmud Dəmirçiyev tutulublar. Onların üzərindən və yaşadıqları evlərdən ükülli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti