...

Narkotiki bankalara yığıb yaşadığı evdə gizlədən Göyçay sakini saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 22 Sentyabr 2022 16:06 (UTC +04:00)
Narkotiki bankalara yığıb yaşadığı evdə gizlədən Göyçay sakini saxlanılıb (FOTO/VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılaraq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şəhər sakini Nazim Tağıyevin yaşadığı evdə narkotik vasitə gizlətməsi barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub. Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilmiş tədbir nəticəsində o, tutularaq istintaqa təhvil verilib.

N.Tağıyevin evinə baxış keçirilən zaman satış məqsədilə şüşə qablara yığaraq saxladığı 1 kiloqram 800 qrama yaxın marixuana və narkotik tərkibli bitkinin toxumları, eləcə də həyətyanı sahədən ümumi çəkisi 8 kiloqram olan çətənə bitkiləri aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti