...

Bakıda ailə faciəsi: iki azyaşlı siçan dərmanından zəhərlənib öldü

Hadisə Materials 10 Noyabr 2022 17:30 (UTC +04:00)
Bakıda ailə faciəsi: iki azyaşlı siçan dərmanından zəhərlənib öldü
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda bir ailədə faciə baş verib.

Trend-in məlumatına görə, Sabunçu rayonunda yaşayan ailələrdən birinin iki azyaşlı övladı siçan dərmanından zəhərlənərək ölüb.

Məlumata görə, iki qardaş siçan dərmanını şirniyyat bilib qəbul edib. Dərmandan zəhərlənən azyaşlılar xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Faktı Trend-ə Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib. Bildirilib ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti