Bakı. Trend:
Şəkidə bir həftə əvvəl atdan yıxılan 45 yaşlı kişi xəstəxanada ölüb.
Trend-in məlumatına görə, Şəki Rayon Mərkəzi Xəstəxananasında (RMX) müalicə alan rayonun Daşüz kənd sakini 45 yaşlı Müşfiq Şaban oğlu Şabanov aldığı xəsarətlərdən orada dünyasını dəyişib.
M. Şabanov sentyabr ayının 2-i atdan yıxılaraq, qapalı kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilmişdi.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.