...

Bərdədə yol qəzası: xəsarət alan var (FOTO)

Hadisə Materials 28 Dekabr 2023 15:19 (UTC +04:00)
Bərdədə yol qəzası: xəsarət alan var (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdədə sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Nəcəfqulubəyli kəndində qeydə alınıb.

Bərdə rayon Qaratəpə kənd sakini 18 yaşlı Məmmədov Samir Fazil oğlunun idarəsində olan "VAZ-21011" markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti