...

Gəncədə avtobus yanıb

Hadisə Materials 29 Yanvar 2024 08:50 (UTC +04:00)
Gəncədə avtobus yanıb

Bakı. Trend:

Gəncə şəhərində "İsuzu" markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 50 m² olan lambirdən ibarət talvar 8 m² sahədə əriyib. Talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti