...

Tovuzda azyaşlı uşaq xəstəxanada qızılcadan öldü

Hadisə Materials 5 Fevral 2024 19:25 (UTC +04:00)
Tovuzda azyaşlı uşaq xəstəxanada qızılcadan öldü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Tovuzda 10 yaşlı uşaq xəstəxanada qızılcadan ölüb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeyd edilir ki, 04.02.2024 tarixində saat 12:22 radələrində Tovuz rayonu Qədirli kənd sakini 2014-cü il təvəllüdlü İsmayılov Yusif Raul oğlu Tovuz MRX Təcili yardım şöbəsinə yerləşdirilib.

"Daxil olarkən vəziyyəti ağır olub. Uşaq, həmçinin serebral iflic xəstəsi olub. Saat 13:20 radələrində Yoluxucu xəstəliklər şöbəsinə köçürülüb. Vəziyyəti ağırlaşdığına görə müalicəsi Reanimasiya şöbəsində davam etdirilib. Bütün görülən tədbirlərə baxmayaraq, xəstə saat 14:50 radələrində ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib", - məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti