...

Naxçıvanda birmərtəbəli ev yandı

Hadisə Materials 20 Mart 2024 09:09 (UTC +04:00)
Naxçıvanda birmərtəbəli ev yandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Məmmədsabir kəndində ev yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 120 m² olan birmərtəbəli 3 otaq və eyvandan ibarət evin 1 otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

"Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - nazirlikdən qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti