...

İsrail ordusu Qəzzada hərbi əməliyyatın məqsədlərinə çatacaq - Müdafiə naziri

Dünya xəbərləri Materials 9 May 2024 21:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu (ÇAXAL) Qəzza zolağında hərbi əməliyyatın məqsədlərinə hər vasitə ilə qətiyyətlə nail olacaq.

Trend-in məlumatına görə, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant deyib.

Nazir vurğulayıb ki, İsrail öz məqsədlərinə çatacaq və vətəndaşlarının təhlükəsizliyini təmin edəcək.

"Məqsədlərimizə çatacağıq, HƏMAS-ı məğlub edəcəyik. Biz Hizbullahı məğlub edəcəyik və təhlükəsizliyə nail olacağıq", - deyə o bildirib.

O əlavə edib ki, İsrail ordusu ölkəyə qarşı təhdidləri aradan qaldırmaq üçün lazım olan hər şeyi edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti