...

Naxçıvanda tikilidə yanğın olub

Hadisə Materials 31 Mart 2024 08:48 (UTC +04:00)
Naxçıvanda tikilidə yanğın olub

Bakı. Trend:

Naxçıvanda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Gömür kəndində ümumi sahəsi 70 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 40 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti