Bakı. Trend:
Tovuzda qadını avtomobil vuraraq öldürüb.
Trend xəbər verir ki, hadisə ötən gün İbrahimhacılı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Kimya Bağırova naməlum avtomobillə vurulub, nəticədə qadın hadisə yerində ölüb.
Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinərək hadisə yerindən qaçan "Toyota Auris" markalı avtomobilin sürücüsü Ramil Əkbərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.