Bərdə. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1 nəfər qadının dağıntı altında qaldığı müəyyən olunub.
Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan vətəndaş xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.
XXX
11:39
Bərdədə uşaq bağçasında uçqun olub.
Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə Bərdə şəhər Təbriz küçəsində 4 saylı uşaq baxçası körpələr evində baş verib.
Belə ki, binanın eyvan hissəsində baş vermiş hadisə zamanı uçqun altında bir nəfər az yaşlının olduğu bildirilir.
Hadisə yerinə aidiyyəti qurum əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.