...

Balakəndə qəza olub, sürücünün həyat yoldaşı ölüb (VİDEO)

Hadisə Materials 8 Yanvar 2026 11:02 (UTC +04:00)
Balakəndə qəza olub, sürücünün həyat yoldaşı ölüb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Muğanlı-İsmayıllı yolunun Ağsu rayonu ərazisindən keçən 8-ci kilometrində Balakən rayon sakini Faiq Orucovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq beton səddə dəyib.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı həyatını itirib.

Hadisənin baş verməsinə səbəb, sutkanın qaranlıq vaxtı yola nabələd sürücünün tikinti işləri aparılan yolda quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə ciddi əməl etməməsi, sürət həddini yol və hava şəraitinə uyğun seçməməsi ehtimal olunur.

"Baş Dövlət Yol Polisi İdarəsi yolda təhlükəsizliyə etinasız yanaşmanın arzuları yarıda qoyduğunu bir daha xatırladır, sürücülərdən qeyd olunan hadisədən düzgün nəticə çıxarmağı, təmir-tikinti işlərinin aparıldığı ərazilərdə hərəkət edərkən daha diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edir", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti