...

Qubanın Rustov kəndindəki 4 yaşayış evində yanğın baş verib

Hadisə Materials 19 Dekabr 2006 14:13 (UTC +04:00)

Dekabrın 18-dən 19-na keçən gecə Quba rayonunun mərkəzindən 30 kilometr aralı məsafədə yerləşən Rustov kəndindəki 4 yaşayış evində yanğın baş verib. Bu barədə Trend ə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsindən məlumat verilib.

1920-ci illərdə inşa olunmuş, ümumi sahəsi 200 kvadrat metr olan bir-birinə bitişik 4 yaşayış evində yanğın baş vermiş yanğın nəticəsində 2 ev tam, digər 2 ev isə qismən yanmışdır.

Yanğın zamanı 1933-ci il təvəllüdlü Əhmədova Minafə Baba qızının meyiti aşkar olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğından yaxınlıqdakı binalar mühafizə olunub. Hadisənin səbəbi və dəyən maddi ziyan müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti