...

Mövsüm ilə bağlı Qubada yol qəzaları çoxalıb

Hadisə Materials 11 İyun 2007 13:46 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov/ Son bir ay ərzində Qubada 17 yol qəzası baş verib, nəticədə iki nəfər dünyasını dəyişib. Bu barədə bazar ertəsi Quba rayon Yol Polisi İdarəsindən məlumat verilib. Məlumata görə, ötən aylara nisbətən yol qəzaları 10%-ə qədər artıb. Avtoqəzaların artmasına səbəb turistlərin Qubaya axınının çoxalmasıdır.

Yol Polisi İdarəsindən bildiriblər ki, turistlərin Quba yollarını yaxşı bilməməsi qəzaların artmasına bilavasitə təsir edir. Yol qəzalarının sayının artmasının qarşısını almaq üçün yol polisi mövsüm dövründə gücləndirilmiş iş rejimində işləyəcək.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti