...

Tərtər sakinləri magistral yolunu kəsərək aksiya keçiriblər

Hadisə Materials 26 İyul 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Tərtər rayon Poladlı kəndində iki ay bundan öncə baş vermiş cinayət hadisəsinin açılmaması ilə bağlı mərhumun 100-ə yaxın qohumu Bərdə-Ağdam magistral avtomobil yolunun 24-cü km-ni və Bərdənin Mamırlı kəndi ərazisindən keçən avtomobil yolunu kəsiblər. Trend in bölgə müxbirinin sözlərinə görə, yarım saata yaxın davam edən aksiya daha sonra rayon polis şöbəsinin əməkdaşları tərəfindən dağıdılıb.

Aksiya iştirakçılarının sözlərinə görə, cinayətkarın şəxsiyyəti məlum olsa da, o, həbs olunmayıb.

Tərtər rayon Polis İdarəsindən isə bildiriblər ki, cinayət işi ilə bağlı istintaq hərəkətləri aparılır.

Hadisə mayın 19-da baş verib. Poladlı kənd sakini Firdovsi Məmmədov naməlum şəraitdə öldürülüb.

Xəbər lenti

Xəbər lenti