...

Rusiya Olimpiya Oyunlarına hazırlaşır: sahibsiz heyvanlar məhv ediləcək

Maraqlı Materials 19 Aprel 2013 20:36 (UTC +04:00)
Rusiyanın Soçi şəhərində 2028 sahibsiz it və pişiyin məhv edilməsi planlaşdırılır.
Rusiya Olimpiya Oyunlarına hazırlaşır: sahibsiz heyvanlar məhv ediləcək

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Rusiyanın Soçi şəhərində 2028 sahibsiz it və pişiyin məhv edilməsi planlaşdırılır.

Trend-in cümə günü Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, bu, Soçidə gələn il keçiriləcək Qış Olimpiya Oyunlarına hazırlıq işləri çərçivəsində nəzərdə tutulur.

Sahibsiz heyvanların məhv edilməsi ilə əlaqədar tender elan edilib. Tenderin qalibi olacaq şirkət 2028 küçə heyvanını məhv etməlidir.

Xarici qonaqların rahatlığını təmin etməyə hesablanmış "küçə təmizləmə" fəaliyyətinin 2015-ci ilədək davam etməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti