...

Alimlər yoğurt tullantılarından bioyanacaq yaradıblar

Maraqlı Materials 17 Dekabr 2017 11:12 (UTC +04:00)
ABŞ-ın Kornell Universiteti və Almaniyanın Tubingen Universitetinin alimləri yoğurt tullantılarından bioyanacaq yaradıblar.
Alimlər yoğurt tullantılarından bioyanacaq yaradıblar

Bakı. Trend:

ABŞ-ın Kornell Universiteti və Almaniyanın Tubingen Universitetinin alimləri yoğurt tullantılarından bioyanacaq yaradıblar.

Trend-in məlumatına görə, tədqiqatçılar bakteriyaların köməyi ilə süd məhsulunu iki üzvi turşu qarışığına çeviriblər. Həmin qarışığı reaktorlarda emal edən alimlər karbohidrogen sinfindən uzun zəncirli molekullar alıblar.

Sözügedən molekullar bioyanacaq yaradılması üçün ideal vasitədir. Yoğurtdan emal edilən yeni yanacağı aviasiya mühərrikləri üçün istifadə etmək olar.

Xəbər lenti

Xəbər lenti