...

Ən məşhur muzeylərin SİYAHISI açıqlanıb

Maraqlı Materials 29 Mart 2019 09:52 (UTC +04:00)
Dünyada ən çox ziyarət olunan muzeylərin siyahısı açıqlanıb.
Ən məşhur muzeylərin SİYAHISI açıqlanıb

Bakı. Trend:

Dünyada ən çox ziyarət olunan muzeylərin siyahısı açıqlanıb. Trend-in məlumatına görə, ilk yerdə Luvr (Fransa, Paris) qərarlaşıb. Reytinqi tərtib edən "The Art Newspaper" ötən il bu muzeyi 10 milyondan çox adamın ziyarət etdiyini qeyd edib.

Siyahıda sonrakı yerləri müvafiq olaraq Çin Milli Muzeyi (Pekin) və Metropoliten-muzey (ABŞ, Nyu-York) tutub. Qeyd edək ki, Vatikan muzeyi və Müasir Teyt Qalereyası (Böyük Britaniya, London) bu mötəbər beşlyi tamamlayır.

Muzeylərin onluğuna isə London Milli Qalereyasi, Milli İncəsənt Qalereyası (ABŞ, Vaşinqton), Ermitaj (Rusiya, Sankt-Peterburq), Viktoriya və Albert muzeyi (Böyük Britaniya, London) daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti