Bakı. Trend:
ASUS şirkəti Republic of Gamers (ROG) brendi altında 2025-ci ilə olan yeni geymer noutbukları silsiləsini təqdim edib. Bu cihazlar CES 2025-ci ildə təqdim olunmuş ən son Intel Core™ Ultra və ya AMD Ryzen™ prosesorlar, o cümlədən, 50-ci nəsil NVIDIA GeForce RTX™ qrafik prosesorlar sayəsində qabaqcıl məhsuldarlığı təmin edir.
ROG Strix SCAR silsiləsi yenilənmiş korpus dizaynı və daha yaxşı soyutma sistemi ilə təchiz olunub, Flow Z13 oyun planşeti isə kompaktlığına rəğmən, inanılmaz dərəcədə güclü konfiqurasiyalara malikdir.
ROG-un yeni nəsil oyun noutbuklarına sahib çıxmaq fürsətini əldən verməyin və onların heyrətamiz imkanlarını ilk sınayanlardan olun.
Qabaqcadan sifarişi bu gün rəsmiləşdirin və özəl təklif və bonuslar əldə edin.
ROG Strix SCAR 16 və SCAR 18 – qaliblər üçün ultimativ maşınlar!
Yüksək məhsuldarlıq və qabaqcıl komponentlər
ROG Strix SCAR silsiləsindən olan 2025-ci ilin noutbukları ən müasir Intel® Core™ Ultra 9 275HX prosesorları ilə və 175Vt-a qədər maksimal istilik paketli NVIDIA GeForce RTX™ 5090 videokartı ilə təchiz olunub. Bu komponentlər inanılmaz güc təmin edərək, ən güclü oyunlardan və tətbiqlərdən maksimum ayarlarla istifadə etməyə imkan verir. 5600Mhz tezlikli 64Qb DDR5 əməli yaddaş və 2 TB həcmə qədər PCIe Gen4 SSD fiziki yaddaş proqramlarını ən tez zamanda işə salmağa imkan verir.
ROG Nebula HDR unikal displeyləri
Strix SCAR silsiləsinin əsas özəlliklərindən biri mini-işıqdiodları bazasında Nebula HDR panel işıqlandırmalı displeydir. QHD (2560x1600) icazəli və 240Gz yenilənmə tezlikli bu ekranlar yüksək kontrast və rəng dərinliyi ilə bəyaz və dəqiq təsviri təmin edir. “Ambient Contrast Ratio” (ACR) texnologiyası işıq ləkələrini (blikləri) əhəmiyyətli dərəcədə azaldır və vizual effektləri yaxşılaşdıraraq, oyun prosesini daha gerçəkçi və daha ecazkar edir.
AniMe Vision – yeni korpus dizaynı və işıqlandırma
Noutbukların dizaynından da geniş danışmaq olar. Onların korpusu yürüş avtotreklərindən ilhamlanmış dairəvi RGB işıqlandırma əldə edib ki, belə bir variant cihazın masa üzərində buxarılanması illüziyasını yaradır. 2025-ci il modellərində olan AniMe Vision unikal işıqlandırması 810 işıqdiodi və displeyin qapağındakı minlərlə miniatür məsamələrin sayəsində unikal işıq effektləri və animasiyalar yaratmağa imkan verir.
İnnovativ soyutma sistemi
Yeni Strix SCAR modellərinin soyutma sistemləri maksimal səmərəliliyin və məhsuldarlığın təmin olunması məqsədilə tam olaraq yenidən işlənilib. Artıq bütün ventilasiya məsamələri arxa paneldə mövqe tutur ki, bu da öz növbəsində istiliyin kənarlaşdırılmasını yaxşılaşdırır və istifadəçinin komfortunu artırmış olur. Soyuq hava isə yan və aşağı panellərdən, o cümlədən, klaviaturadan daxil olur və beləcə uzunmüddətli oyun sessiyaları zamanı optimal temperaturu təmin edir. Təkmilləşdirilmiş soyutma sisteminə böyük buxar kamerası, seksiyalı radiator və üç kuler daxildir ki, bu da güclü sistemin tam potensialından yararlanmağa imkan verir.
Servis və apqreydin rahatlığı
Yeni modellərin əsas üstünlüklərindən biri də daxili komponentlərin əlçatanlığının asanlaşdırılmasıdır. Noutbukun texniki qulluğu və ya apqreydi məqsədilə təkcə bir rıçaqı dartıb, alt paneli açmaq kifayət edir ki, bu da cihazın müasirləşdirilməsi prosesini əhəmiyyətli dərəcədə asanlaşdırır.
Yeni cihazların əsas üstünlükləri:
- Flaqman prosesorlar və videokartlar
- Ən müasir soyutma sistemi
- Möhtəşəm göstəriciləri olan Nebula HDR displeyi
- Daxili komponentlərin asan əlçatanlığı
- AniMe Vision displeyi sayəasində fərdiləşdirmə imkanı
ROG Strix SCAR 16 və SCAR 18 (2025) noutbukları oyunlarda və peşəkar fəaliyyətlərində ən yüksək nəticələrə nail olmağa can atan istifadəçilər üçün maksimal məhsuldarlıq və rahatlıq təklif etməklə texnoloji nailiyyətlərin zirvəsini tərənnüm edib. Bu cihazlar kompromislərə getməyə hazır olan və öz noutubkundan maksimum yararlanmağa çalışan kəslər üçün ideal seçimdir.
Ən yüngül , ən güclü - ROG Flow Z13
Oyun cihazları aləmində kompaktlıq və güc çox nadir hallarda üst-üstə düşür, bununla belə bu planda geymerlərin bəxti gətirib, belə ki, ASUS bu tələbləri təmin etməyin həllini tapıb. Şirkət bu keyfiyyətləri ROG Flow Z13 (GZ302) adlı cihazda bir araya gətirib.Bu transformer-planşet oyunlara innovativ yanaşmanın bariz nümunəsidir. Yüksək qrafika keyfiyyəti ilə yanaşı mobilliyi üstün tutan kəslər, bu cihazla istənilən yerdə istənilən oyunu oynaya biləcək. Bu irəliyə doğru yeni addımdır, belə ki, yenilənmiş planşet Ryzen™ AI Max+ 395 kimi inqilabi prosesora və yüksək xarakteristikalı displeyə, sosyutma və qoşulma sisteminə malikdir.
Texniki göstəricilər:
Model |
ROG Flow Z13 (GZ302) |
Əməliyyat sistemi |
Windows 11 Pro |
Displey |
13,4 düym, 16:10, WQXGA tərəflərin nisbəti, 180 Hz, 3 ms, 500 kd/m2, DCI-P3 100% , ROG Nebula, Pantone Validated, Dolby Vision® |
Prosessor |
AMD Ryzen™ AI Max+ 395-ə qədər Radeon 8060S qrafikası ilə |
Əməli yaddaş |
128 GB-a qədər LPDDR5x əməli yaddaş, 8000 Mhz |
Fiziki |
PCIe® 4.0 NVMe™ M.2 (2230) interfeysli 1 TB-a qədər SSD yaddaş qurğusu |
Giriş/çıxış portları |
2 x Type C®, USB4® + DisplayPort™ 2.1+ PD 3.0 dəstəyi 1 x Type-A USB 3.2 1 x HDMI® 2.1 1 x "Kommanda mərkəzi" düyməsi 1 x micro-SD (UHS II) yaddaş kartı slotu 1 x vahid audioyuva |
Klaviatura və taçpad |
Membranlı, ağ işıqlandırmalı / 1 RGB işıqlandırma zonalı Copilot klavişi |
Simsiz interfeys |
MT7925 Wi-Fi 7 2x2 + BT5.4 |
Audio |
Dolby Atmos texnologiyası, iki dinamik İntellektual səsgücləndiricisi İntellektual səsboğucusu Hi-Resolution |
Akkumlyator |
70 Vt·s |
Ölçü |
300 x 204 x 12,9 mm ~14,9 mm |
Çəki |
1,2 kq (klaviaturasız) |
Əvvəla, gəlin, geymerlərin ilk növbədə fikir verdiyi əsas nüansdan – displeydən başlayaq!
ASUS yenilənmiş Flow Z13 modelini 13,4 düymlük sensor ekranla təchiz edib. Bu ekran 2560×1600 piksel təsvir icazəsinə və 180 Hz yenilənmə tezliyinə malikdir. Displey 100% DCI-P3 rəng əhatəsini dəstəkləyir, Pantone sertifikatına sahibdir və oyunçular üçün son dərəcə önəmli olan qısa reaksiya müddəti ilə seçilir. Parlaqlıq səviyyəsi 500 nitə çatır ki, bu da hətta parlaq işıqlandırma şəraitində belə rahat istifadəni təmin edir. Ekran Corning Gorilla Glass şüşəsi ilə qorunur ki, bu da onu cızıqlara və zərbələrə qarşı davamlı edir. Sensor panel ASUS Pen staylusunu dəstəkləyir.
Dizayna gəlincə, bu, ümumiyyətlə, ayrıca bir sənət əsəridir! ROG Flow Z13 silsiləsinin tanınan üslubunu qoruyub saxlayır – cəmi 13 mm qalınlıqda ultranazik korpus və 1,2 kq çəki. Korpus möhkəm alüminium ərintidən hazırlanıb, arxa paneldəki üslublu məsamələr isə qurğuya futuristik görünüş bəxş edir.
170 dərəcəyə qədər tənzimlənə bilən daxili dayaq cihazı həm oyun, həm də iş üçün rahat edir. Daha geniş düymələrə və 1,7 mm basılma məsafəsinə malik ayrılan klaviatura planşeti tam funksional noutbuka çevirir. Bundan əlavə, klaviatura RGB işıqlandırmanı dəstəkləyir.
Qayıdaq söhbətin əvvəlində barəsində söz açdığımız prosesora. Bu cihazın əsas üstün cəhətidir. AMD şirkətlərinin yeni nəsil hibrid prosessorları yüksəkməhsuldarlıqlı mobil və kompakt masaüstü cihazlar üçün hazırlanıb. Bu prosessorlar özündə 5,1 Ghz-ə qədər takt tezlikli Zen 5 arxitekturalı 16-a qədər nüvəni və 40 hesablama blokundan ibarət RDNA 3.5 bazasında olan inteqrasiya olunmuş qrafikanı birləşdirir ki, beləcə noutbuklar üçün nəzərdə tutulan NVIDIA RTX 4070 kimi videokartlarla müqayisəoluna biləcək səviyyədə məhsuldarlıq təmin edir. Bundan başqa, ROG Flow Z13 128 GB-a qədər LPDDR5X-8000 vahid əməli yaddaşı dəstəkləyir ki, bu da onun videomontaj və süni intellektlə iş kimi ağır əməliyyatların yerinə yetirilməsi üçün çox əlverişli edir. İnteqrasiya olunmuş XDNA 2 neyron prosessoru 50 TOPS-a qədər hesablama gücünü təmin edərək, süni intellektlə bağlı bəzi əməliyyatlarda NVIDIA RTX 4090-ı belə geridə qoyur. Bu göstəricilər AMD Strix Halo-nu müasir oyun və peşəkar proqramlar üçün qabaqcıl həllə çevirir.
Soyutma sistemi
İstənilən geymeri maraqlandıran başqa bir məqam – soyutma sistemidir. Məhz bunu nəzərə alaraq ASUS paslanmayan poladdan hazırlanmış buxar kamerası olan qabaqcıl soyutma sistemi tətbiq edib. Üstəlik, yeni sistemdə ənənəvi termal pastalar əvəzinə maye metaldan istifadə olunub ki, bu da çipin temperaturunu aşağı salmağa kömək edir və maksimal yüklənmə zamanı belə sistemin sabitliyini qoruyub saxlamasına şərait yaradır.
Bundan başqa, soyutma sisteminə Arc Flow texnologiyalı iki kuler də daxildir; onlar minimal səs şəraitində istiliyin effektiv şəkildə seyrəldilməsini təmin edir.
Yeniliyin əsas üstünlükləri:
- Güclü inteqrasiya olunmuş qrafikası olan yüksək səmərəli prosessor
- Kompakt ölçülər və aşağı çəki
- Dəqiq rəngötürücülüyü olan yüksəktezlikli displey
- Keyfiyyətli soyutma sistemi
- Xarici videokartın qoşulması üçün XG Mobile texnologiyası
- Sürətli-dolum xüsusiyyəti olan akkumlyatorla uzunmüddətli istifadə imkanı.
Gördüyümüz kimi ROG Flow Z13 (GZ302) – ASUS-un bizi daima sevindirdiyi innovasiyalar hesabına mobil geyminqin yeni erasını açan çox güclü bununla belə, kompakt oyun planşetidir. Portativ, lakin güclü oyun və iş cihazı axtarışındasınızsa, ROG Flow Z13 – 2025-ci ilin ən yaxşı seçimlərindəndir.
Gördüyümüz kimi, ROG Flow Z13 (GZ302) – ASUS-un bizi daima sevindirdiyi innovasiyalar hesabına mobil geyminqin yeni erasını açan çox güclü bununla belə, kompakt oyun planşetidir. Portativ, lakin güclü oyun və iş cihazı axtarışındasınızsa, ROG Flow Z13 – 2025-ci ilin ən yaxşı seçimlərindəndir.
“Republic of Gamers”in 2025-ci il yeniliklərini seçərkən ROG Elite sədaqət proqramına qoşulmağı unutmayın. ROG Elite proqramına qoşulmaq aşağıdakı üstünlükləri təmin edir:
- Eksklüziv təkliflər və endirimlər: Proqram iştirakçıları ROG məhsullarında xüsusi endirimlərdən və özəl təkliflərdən yararlana bilərlər.
- Yeni məhsullara erkən çıxış: Üzvlər ROG-un yeni cihazlarını və aksesuarlarını ilk sınaqdan keçirənlər sırasında ola bilərlər.
- Tədbirlərdə iştirak: ROG tərəfindən təşkil edilən qapalı tədbirlərə, turnirlərə və təqdimatlara qatılmaq imkanı.
- Mükafatlar və bonuslar: Alış-verişlər və icma həyatında aktiv iştirak üçün istifadəçilər bonus xalları toplayaraq onları hədiyyələr və mükafatlarla dəyişə bilərlər.
- Fərdi təkliflər: İstifadəçilərin seçimləri və alış tarixçəsinə əsaslanan fərdi təkliflər və kampaniyalar.
ROG Elite sədaqət proqramı “Republic of Gamers” brendinin pərəstişkarlarına ROG məhsullarından maksimum həzz almaq və üstünlüklərdən faydalanmaq imkanı yaradır. Oyunçular icmasına qoşulun və özəl imtiyazlardan və təkliflərdən zövq alın!