...

XİN rəhbəri: "ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərin mövqeyinin yaxınlaşması məqsədilə fəal diplomatiyanın reallaşmasına başlayıblar"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Oktyabr 2007 16:34 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bu gün İrəvanda bəyan edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərin mövqeyinin yaxınlaşması məqsədilə Dağlıq Qarabağ problemi zonasında fəal diplomatiyanın reallaşmasına başlayıblar. "Mediamaks"ın verdiyi məlumatda belə deyilir.

Nazirin sözlərinə görə, vasitəçilərin regiona davam edən növbəti səfəri yeni tərzdə baş tutur və bu, prezident seçkilərinin iki dövlət başçısı arasında görüşün keçirilməsinə mane olması ilə əlaqədardır.

Oskanyan məlumat verib ki, hazırda Bakıda olan həmsədrlər şənbə günü İrəvana qayıdacaqlar. Nazir İrəvan görüşünün birinci mərhələsini "yaxşı" qiymətləndirib və görüşün "müsbət tendensiyaya" malik olduğunu bildirib.

Nazirin sözlərinə görə, danışıqlar masasında razılaşdırılmış, razılaşdırılmamış məsələlər mövcuddur ki, vasitəçilər missiyası bu məsələləri diqqət mərkəzində saxlayır. "Biz həmsədrlərin Bakıdan xoş xəbərlə qayıdacağına və fəal siyasətin hərhansı nəticələrin əldə olunmasına gətirib çıxaracağına ümid edirik" - deyə nazir əlavə edib.

Xəbər lenti

Xəbər lenti