...

Aİ Qarabağ münaqişəsinin tərəfləri arasında bağlanılacaq müqavilənin realizəsinə kömək etməyə hazırdır - İsveçin XİN rəhbəri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2009 10:49 (UTC +04:00)
"Aİ Qarabağ münaqişəsinin tərəfləri arasında bağlanılacaq müqavilənin realizəsinə kömək etməyə hazırdır", - bazar ertəsi İrəvandakı brifinqdə, Aİ "üçlüyü" nümayəndə heyətinin rəhbəri, İsveçin XİN rəhbəri Karl Bildt deyib.
Aİ Qarabağ münaqişəsinin tərəfləri arasında bağlanılacaq müqavilənin realizəsinə kömək etməyə hazırdır - İsveçin XİN rəhbəri

"Aİ Qarabağ münaqişəsinin tərəfləri arasında bağlanılacaq müqavilənin realizəsinə kömək etməyə hazırdır", - bazar ertəsi İrəvandakı brifinqdə, Aİ "üçlüyü" nümayəndə heyətinin rəhbəri, İsveçin XİN rəhbəri Karl Bildt deyib.

"Aİ Qarabağ münaqişəsinin həlli istiqamətində yaxınlarda imzalanacağına ümid etdiyi müqavilənin realizəsinə kömək etməyə hazırdır və bunun üçün də biz ATƏT-in Minsk Qrupuna kömək edirik", - Bildt bildirib, "Novosti-Armeniya" yazır.

O qeyd edib ki, Aİ səbrsizliklə iyulun 18-də Moskvada, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında baş tutan danışıqların davamını gözləyir.

"Proses irəliləyir və düşünürəm ki, bu faktı təşviq etmək lazımdır", - Bildt deyib.

Xəbər lenti

Xəbər lenti