...

Həmsədrlərin regiona səfəri çərçivəsində yeni təkliflər təqdim edəcəkləri gözlənilir - Azərbaycan XİN-in müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Dekabr 2009 11:23 (UTC +04:00)
"Yaxın vaxtlarda həmsədrlər regiona səfər edəcəkləri və yeni təkliflər təqdim edəcəkləri gözlənilə bilər. Başa düşmək olar ki, yeni təkliflərin hazırlanması bu münaqişənin həlli üçün bir növ irəliləyişdir", - Trend News-un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.
Həmsədrlərin regiona səfəri çərçivəsində yeni təkliflər təqdim edəcəkləri gözlənilir - Azərbaycan XİN-in müavini

Azərbaycan, Bakı, 7 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan xarici işlər nazirinin müavini bildirib ki, Minsk Qrupu həmsədrlərinin regiona səfəri çərçivəsində yeni təkliflər təqdim edəcəkləri gözlənilir.

"Yaxın vaxtlarda həmsədrlər regiona səfər edəcəkləri və yeni təkliflər təqdim edəcəkləri gözlənilə bilər. Başa düşmək olar ki, yeni təkliflərin hazırlanması bu münaqişənin həlli üçün bir növ irəliləyişdir", - Trend -un məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Trend -un arayışı: ATƏT-in Minsk Qrupunun ilin sonuna kimi regiona növbəti səfəri gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Əzimovun fikrincə, hər ay demək olar ki görüşlərin keçirilməsi dinamikadır.

"Dinamikanın müsbət olub-olmamasına dair demək olar ki, danışıqların aparılması bu proseslərin faydalı olmasından xəbər verir. Prezidentlərin görüşündə müzakirə edilən məsələlərin ardıcıllıqla və qısa müddət ərzində templə müzakirələrin davam etdirilməsi kifayət qədər əsaslı bir elementdir ki, onlara fikir verməmək olmaz" nazir müavini əlavə edib.

Onun sözlərinə görə, qarşı tərəf mütləq bilməlidir ki, Azərbaycan müzakirələrə effektiv yanaşmaq istəyir və müzakirələrdə vaxt öldürülməsi üçün istifadə edilməsinə tamamilə qarşı çıxır.

"Hazırda bu mərhələdə əsas prinsiplər müzakirə olunur, prezidentlər səviyyəsində aparılır və davam etdirilir" Əzimov qeyd edib.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti