...

Türkiyənin Baş naziri ATƏT-in Minsk Qrupunu tənqid edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 8 Dekabr 2009 13:37 (UTC +04:00)
Vaşinqtona səfəri zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Con Hobkins adına Universitetdə olub və müraciətlə çıxış edib. Müraciəti zamanı Ərdoğan ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid edib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin başlamasından artıq 20 il ötüb, lakin "bu danışıqlar heç bir nəticə vermir. BMT-nin müvafiq qətnamələri var və onları yerinə yetirmək lazımdır".
Türkiyənin Baş naziri ATƏT-in Minsk Qrupunu tənqid edib

ABŞ, Vaşinqton, 08 dekabr / Trend , müxbir N.Boqdanova/

Vaşinqtona səfəri zamanı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Con Hobkins adına Universitetdə olub və müraciətlə çıxış edib. Müraciəti zamanı Ərdoğan ATƏT-in Minsk Qrupunun fəaliyyətini tənqid edib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin başlamasından artıq 20 il ötüb, lakin "bu danışıqlar heç bir nəticə vermir. BMT-nin müvafiq qətnamələri var və onları yerinə yetirmək lazımdır".

"Mən görürəm ki, münaqişəni həll etmək üçün liderlərin siyasi iradələri var və onlar nəticə əldə olunması üçün hər şey edirlər. İndi isə Minsk Qrupu öz iradəsini göstərməlidir. Azərbaycan Dağlıq Qarabağla yanaşı bir çox ərazilərini itirib. İndi beş rayon, üstəgəl Laçın və Kəlbəcər geri qaytarılmalıdır. Bu barədə mən Medvedyevlə son görüşüm zamanı demişəm və bu gün də Obamaya demişəm", - Ərdoğan bildirib.

Türkiyə hökümət başçısı qeyd edib ki, əsas diqqət bu məsələnin kökünə yönəldilməlidir: "İndi həm də Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşdırılması üzrə müddət irəli sürülüb, buna görə də məhz indi Dağlıq Qarabağ münaqişəsinin əsl həll edilməsi vaxtıdır".

Ərdoğan həmçinin qeyd edib ki, hazırda Türkiyədə 170 min erməni yaşayır: "Lakın onların çoxu ölkənin vətəndaşı deyil. Ölkələrində pis şərait olduğuna görə bizə gəldikləri halda biz onları geri göndərmədik. Biz Ermənistana aviareys açdıq və Vanda erməni kilsəsini bərpa etdik. Bu biz tərəfdən bir jestdir, indi isə onlar səmimi olmalıdırlar".

Baş nazir həmçinin Avropanı tınqid edib. O deyib ki, Avropa Türkiyəyə qarşı səmimi deyil. "Nə sizin vaxtınız itsin, nə bizim. Biz öz vəzifələrimizi yaxşı başa düşürük, əgər siz istəmirsinizsə, açıq deyin ki, sizi öz sıralarımıza qəbul etmək istəmirik", - o qeyd edib.

O həmçinin qeyd edib ki, "Ankara öz transatlantik məqsədlərindən imtina etmir. Türkiyə regiona giriş qapısı ola bilər".

Nüvə siyasətindən danışan Ərdoğan bütün dünyanı nüvə silahına son qoymağa çağırıb: "Türkiyə İranın nüvə proqramına qarşıdır. Lakin yalnız ayrı-ayrı dövlətlər deyil, bütün dünya nüvə silahına son qoymalıdır".

Xəbər lenti

Xəbər lenti