...

Ermənistanla Azərbaycan arasında münaqişənin həlli regionda sabitliyin bərqərar olması üçün vacib amildir - Türkiyə XİN-in başçısı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 2 May 2010 20:40 (UTC +04:00)
Ermənistanla Azərbaycan arasında münaqişənin həlli regionda sabitliyin bərqərar olması üçün vacib amildir, bunu bazar günü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Oksford universitetində "Türkiyənin dəyişən dünyada xarici siyasəti" mövzusunda keçirilən konfransda çıxış edərkən deyib
Ermənistanla Azərbaycan arasında münaqişənin həlli regionda sabitliyin bərqərar olması üçün vacib amildir - Türkiyə XİN-in başçısı

Azərbaycan, Bakı, 2 may /Trend , müxbir İ.Hüseynov/

Ermənistanla Azərbaycan arasında münaqişənin həlli regionda sabitliyin bərqərar olması üçün vacib amildir, bunu bazar günü Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Oksford universitetində "Türkiyənin dəyişən dünyada xarici siyasəti" mövzusunda keçirilən konfransda çıxış edərkən deyib. Xəbəri Anadolu agentliyi yayıb.

Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından danışarkən Davudoğlu deyib ki, Türkiyə Ermənistanla sərhədlərin açılmasını istəyərdi, çünki Türkiyə bütün qonşu dövlətlərlə inteqrasiyanı istəyir.

"Lakin Türkiyənin yalnız Ermənistanla sərhədinin açılması kifayət deyil. Biz Azərbaycanla Ermənistan arasında da sərhədin açılmasını istəyirik", - Türkiyə XİN-in başçısı deyib.

Xəbər lenti

Xəbər lenti