...

Rusiya XİN Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəklədiyini təsdiqləyib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 24 May 2010 11:45 (UTC +04:00)
Moskva Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Rusiya XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko mayın 23-də Dağlıq Qarabağda keçirilən “parlament seçkiləri”ni belə şərh edib.
Rusiya XİN Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəklədiyini təsdiqləyib

Moskva Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Rusiya XİN-in rəsmi nümayəndəsi Andrey Nesterenko mayın 23-də Dağlıq Qarabağda keçirilən "parlament seçkiləri"ni belə şərh edib.

"Moskva beynəlxalq hüququn digər əsas norma və prinsipləri kimi Azərbaycanın ərazi bütövlüyü prinsipini dəstəkləyir. Məlum olduğu kimi, biz Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Bizim qənaətimizə görə, onun gələcək statusu Minsk prosesi çərçivəsində bütün tərəflər arasında siyasi danışıqlar nəticəsində güc tətbiq edilmədən müəyyən olunmalıdır", - şərhdə bildirilir.

"Bununla yanaşı, Moskva dinc nizamlanmanın gedişinin Dağlıq Qarabağda keçirilən seçkilərdən asılı olduğunu hesab etmir", - Nesterenko bəyan edib.

Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupu həmsədrləri (Rusiya, ABŞ və Fransa) üzrə tərəfdaşları ilə birgə bundan sonra da azərbaycanlılara və ermənilərə Qarabağ düyününün mümkün qədər tez kompromis həllinin tapılmasına var gücü ilə səy göstərəcək.

Xəbər lenti

Xəbər lenti