...

Litva "dondurulmuş" münaqişələrin həllini fəal surətdə axtarır, lakin nəticələr sonradan görünəcək - prezidentin müşaviri

Ermənistan-Azərbaycan münaqişəsi Materials 15 Mart 2011 14:58 (UTC +04:00)
ATƏT-ə sədrlik edən Litva postsovet məkanında "dondurulmuş" münaqişələr üçün həllin axtarışında fəal səylər göstərir, lakin nəticələr xeyli sonra görünəcək.
Litva "dondurulmuş" münaqişələrin həllini fəal surətdə axtarır, lakin nəticələr sonradan görünəcək - prezidentin müşaviri

Azərbaycan, Bakı, 15 mart /Trend/

ATƏT-ə sədrlik edən Litva postsovet məkanında "dondurulmuş" münaqişələr üçün həllin axtarışında fəal səylər göstərir, lakin nəticələr xeyli sonra görünəcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Ziniu radijas" radiostansiyasına müsahibəsində Litva Prezidentinin müşaviri Daryus Syamaşka bildirib.

O, ATƏT-in münaqişələr üzrə xüsusi elçisi Gedryus Çekuolisin bu məsələdə böyük uğur "heç olmasa bir millimetr irəliləyiş" ola bilər sözlərini də xatırladıb.

"Mən bizim bir millimetr irəliyə gedib-getməyəcəyimizi vaxtından əvvəl qiymətləndirmək istəməzdim, lakin fəal surətdə səylər göstərilir, xarici işlər naziri regiona səfər edir və regional siyasi liderlərlə, münaqişə tərəflərinin liderləri ilə müzakirələr aparır", - müşavir qeyd edib. Bu barədə "Baltic Daily" məlumat verib.

"Müzakirələr həqiqətən açıqdır və nazirimiz münaqişə tərəflərini öz aralarında dialoq aparmağa və bir-birinə etibarı artırmağa inandırmağa çalışır. Konkret nəticələrdən isə çox güman ki, gələn il geriyə dönərək və regiondakı vəziyyətin nə dərəcədə dəyişməsinə icmal verərək danışmaq olar", - Syamaşko vurğulayıb.

Bu həftə Litva XİN rəhbəri Audronyus Ajubalisin Azərbaycan, Gürcüstan və Ermənistana səfərlər edir. O, Qafqazada "dondurulmuş" münaqişələrin həlli imkanlarını müzakirə edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti