...

Braziliyanın Parana ştatında tornado altı nəfərin ölümünə səbəb olub

Dünya xəbərləri Materials 8 Noyabr 2025 22:47 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Braziliyanın cənubundakı Parana ştatında baş verən tornado nəticəsində altı nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi ştat hökumətinə istinadən xəbər yayıb. Ən böyük dağıntılar cümə günü fırtınanın təsirinə məruz qalan Riu-Bonitu-du-İquasu şəhərində qeydə alınıb. Ştatın Mülki Müdafiə Xidmətinin məlumatına görə, şəhərin yarıdan çoxunun dam örtüyü uçub və binalara ciddi ziyan dəyib.

Hadisə nəticəsində yollar bağlanıb, elektrik xətləri zədələnib. Hakimiyyət orqanları 437 nəfərin yaralandığını və təxminən 1 000 sakinin evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib. Fəlakət qonşu Quarapuava şəhərinə də ziyan vurub.

Xəbər lenti

Xəbər lenti