...

Almaniyada avtobus piyadalara çırpılıb

Dünya xəbərləri Materials 8 Noyabr 2025 22:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın cənub-qərbində avtobusun bir qrup piyadanı vurması nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə SWR teleradio şirkəti məlumat yayıb. Hadisə İsveçrə sərhədi yaxınlığındakı Vayl-am-Reyn (Baden-Vürtemberq federal torpağı) şəhərində baş verib. Gün ərzində avtobus bir neçə avtomobillə toqquşaraq səkiyə çırpılıb.

Hadisə nəticəsində 34 yaşlı qadın ölüb, yaralanan 10 nəfərdən üçü xəstəxanaya yerləşdirilib.

Polisin məlumatına görə, yol-nəqliyyat hadisəsinin səbəbi hələ məlum deyil və bunun terror aktı deyil, sadəcə qəza olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti