...

Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb (FOTO)

İdman Materials 8 Noyabr 2025 21:43 (UTC +04:00)
Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan cüdoçusu Hidayət Heydərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Trend xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən H. Heydərov həlledici görüşdə özbəkistanlı Şakram Əhmədovu məğlub edib. Bununla da idmançı İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. O, 2017-ci ildə Bakıda keçirilən analoji yarışda da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

Bu gün tatamiyə çıxan digər Azərbaycan cüdoçusu Könül Əliyeva (48 kiloqram) finalda türkiyəli Tuğçe Bederə uduzaraq gümüş medalla kifayətlənib. Aydan Vəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafat əldə ediblər.

Qeyd edək ki, Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında 20 idman növündə 179 idmançı ilə təmsil olunur. Ümumilikdə 57 ölkə 23 idmanda medallar uğrunda mübarizə aparır. Oyunların bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti