...

Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasında Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirilib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 Fevral 2012 20:36 (UTC +04:00)
Belqradda fəaliyyət göstərən Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasında Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasında Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Belqradda fəaliyyət göstərən Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasında Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Azərbaycanın Serbiyadakı səfırliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbirdə Palatanın rəhbərliyi və üzvləri, iş adamları, Serbiyada yaşayan Azərbaycan icmasının üzvləri və təhsil alan azərbaycanlı tələbələr, Serbiya ictimaiyyətinin və KİV nümayəndələri iştirak ediblər.

Səfirliyin müşaviri Qabil Köçərli tədbirdə çıxış edərək, Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfındən xalqımıza qarşı törədilən, dünyada misli görünməmiş vəhşilik və qəddarlıq dərəcəsinə görə bu soyqırım aktının Xatın, Xirosima, Naqasaki, Sonqmi, Babiy Yar faciələri ilə bir sırada çəkilə biləcəyini vurğulayıb, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışıb.

Sonra tədbir iştirakçıları Xocalı faciəsinin dəhşətlərini əks etdirən "Xocalı soyqırımı" adlı sənədli filmə baxıblar.

Daha sonra Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının sədri Miroslav Tsrnoqorats çıxışında Xocalı soyqırımı zamanı törədilmiş vəhşilikləri insanlığa sığmayan hərəkət kimi dəyərləndirib, soyqırım aktını ciddi şəkildə pisləyərək, bu cinayətləri törədənlərin cəzalandırılmasının vacibliyini bildirib.

Sonda Xocalı soyqınmı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və faciə ilə bağlı təbliğat materialları tədbir iştirakçıları arasında paylanıb.

Xəbər lenti

Xəbər lenti