...

Ermənistan silahlıları növbəti dəfə atəşkəs rejimini pozublar

Ermənistan-Azərbaycan münaqişəsi Materials 1 İyun 2012 11:09 (UTC +04:00)
Ermənistan silahlıları növbəti dəfə atəşkəs rejimini pozublar.
Ermənistan silahlıları növbəti dəfə atəşkəs rejimini pozublar

Azərbaycan, Bakı, 1 iyun /Trend/

Ermənistan silahlıları növbəti dəfə atəşkəs rejimini pozublar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 31-də saat 18.45-dən 19.15-dək Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar kəndində yerləşən mövqeləri; saat 23.50-dən 00.05-dək və iyunun 1-də saat 01.45-dən 02.00-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqeləri, saat 10.00-dan 10.10-dək Fizuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 10.05-dən 10.50-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyunun 1-də saat 03.30-dan 03.40-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti