...

XİN: Təcavüzkar ölkə olan Ermənistan Azərbaycan hərbçilərinin ölümünə görə tam məsuliyyət daşıyır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 İyun 2012 19:53 (UTC +04:00)
Rəsmi Yerevan Azərbaycanın gənc hərbçilərinin ölümünə görə tam məsuliyyət daşıyır. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev Ermənistan Prezidenti Serj Sarkisyanın son bəyanatını şərh edərkən bildirib.
XİN: Təcavüzkar ölkə olan Ermənistan Azərbaycan hərbçilərinin ölümünə görə tam məsuliyyət daşıyır

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.Tarıverdiyeva/

Rəsmi Yerevan Azərbaycanın gənc hərbçilərinin ölümünə görə tam məsuliyyət daşıyır. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev Ermənistan Prezidenti Serj Sarkisyanın son bəyanatını şərh edərkən bildirib.

"Biz yaxşı bilirik ki, bu gün təmas xəttində yaranan vəziyyət kimin günahı üzündən baş verib. Ermənistan rəhbərliyi cəbhə xəttində gənc hərbçilərin ölümünə görə tam məsuliyyət daşıyır, çünki bu təcavüzkar ölkə Azərbaycan ərazisinin 20 faizini işğal edib, nəticədə bir milyon azərbaycanlı öz evinə qayıda bilmir", - Abdullayev deyib.

O qeyd edib ki, Ermənistan rəhbərliyi günahı başqalarının üzərinə ataraq işğalçı siyasəti yürüdür.

"Ermənistan rəhbərliyi təxribat və əsassız bəyanatlarla keçmiş cinayətlərini gizlədə və ya əməllərinə haqq qazandıra biləcəklərini düşünürlərsə, səhv edirlər. Azərbaycan insanlığa qarşı cinayət törətmiş günahkarlara ədalətli cəzanın verilməsinə nail olacaq", - Abdullayev deyib.

Onun fikrincə, Ermənistanın uzun illərdir beynəlxalq hüquqa laqeydliyi və beynəlxalq təşkilatların qəbul etdiyi sənəd və qətnamələrə məhəl qoymaması dünya ictimaiyyətinin reaksiya və ittihamından kənarda qala bilməz.

"Ermənistan rəhbərliyinin destruktiv fəaliyyəti və ekspansiya siyasəti sayəsində region münaqişə zonasına çevrilib ki, bu da regionun çiçəklənməsinə mane olur, - XİN rəsmisi bildirib. - Biz erməni rəhbərlərin etnik təmizləmələrin həyata keçirilməsi, Xocalı soyqırımında dinc sakinlərin qətli barədə lovğa "etiraflarını", habelə erməni və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyü haqqında bəyanatlarını unutmamışıq", - o deyib.

Abdullayev vurğulayıb ki, Azərbaycan dövlətinin hazırda öz ərazi bütövlüyünü bərpa etməyə qanuni haqqı və bütün imkanları var ki, bu da beynəlxalq qanunvericilikdə dəqiq əksini tapıb.

Qeyd edək ki, son günlər cəbhə xəttində atəşkəsin pozulması intensivləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətin yaydığı məlumata görə, iyunun 5-də saat 06:30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti