...

İranın Ermənistandakı səfiri: Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Fevral 2013 14:52 (UTC +04:00)
İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll ediləcəyinə ümid edir.
İranın Ermənistandakı səfiri: Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır

Azərbaycan, Bakı, 12 fevral /Trend/

İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll ediləcəyinə ümid edir. Trend "News.am"a istinadən xəbər verir ki, bu barədə İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi fevralın 12-də mətbuat konfransında bəyan edib.

Səfirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində gərginlik yarada biləcək istənilən vəziyyətdən qaçmaq vacibdir.

"Problemi güc tətbiq etməklə həll etmək mümkün deyil. Danışıqlar prosesində beynəlxalq prinsip və normalara riayət etmək lazmdır. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır", - o qeyd edib.

Səfir, həmçinin əmin olduğunu bildirib ki, beynəlxalq hüquq və normalara sadiq qaldıqda, hər hansı münaqişəni həll etmək mümkündür.

İranın vasitəçi kimi cəlb olunacağı halda nə təklif edə biləcəyinə dair suala cavab verən diplomat bildirib ki, ölkəsinin Ermənistanla da, Azərbaycanla da yaxşı münasibətləri var.

"Bizim üçün qonşuların hamısı bərabərdir və biz hamı ilə yaxşı münasibətlər qurmağa çalışırıq. Lakin bəzi qonşularımızla, o cümlədən Ermənistanla əlaqələrimiz stratejidir. Buna görə də bu məsələdə heç nə bizim prinsipial mövqeyimizə təsir edə bilməz", - Rəisi əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti