...

BQXK nümayəndələri Dağlıq Qarabağda qanunsuz mühakimə olunan azərbaycanlılara baş çəkiblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2015 12:06 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) missiyası ermənilər tərəfindən girov götürülmüş və Dağlıq Qarabağın separatçı rejimi tərəfindən qanunsuz mühakimə olunmuş Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər.
BQXK nümayəndələri Dağlıq Qarabağda qanunsuz mühakimə olunan azərbaycanlılara baş çəkiblər

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) missiyası ermənilər tərəfindən girov götürülmüş və Dağlıq Qarabağın separatçı rejimi tərəfindən qanunsuz mühakimə olunmuş Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər. Trend xəbər verir ki, bu barədə cümə axşamı Ermənistan KİV-i BQXK-nın Yerevandakı nümayəndə heyətinin kommunikasiyalar üzrə proqramının rəhbəri Zara Amatuniyə istinadən məlumat yayıb.

Sayca səkkizinci olan səfər yanvarın 16-da baş tutub.

Ermənistan mətbuatı məlumat verir ki, BQXK nümayəndələrinin ziyarəti zamanı BQXK məktublarının mübadiləsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti