Bakı. Trend:
Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiya, Azərbaycan və Ermənistan Prezidentlərinin iyunun 20-də Sankt-Peterburqda keçirilən görüşünün yekunlarının inkişaf etdirilməsi istiqamətində dair ATƏT-in Minsk qrupunun həmsədrlərinin gələcək addımlarını telefon danışığı zamanı müzakirə ediblər.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
Tərəflər həmçinin terrorizmlə mübarizədə qarşılıqlı fəaliyyət imkanları daxil olmaqla, Rusiya və ABŞ-ın Suriya münaqişəsinin aradan qaldırılması yollarını müzakirə ediblər.