Bakı. Trend:
ABŞ və Rusiya bir sıra istiqamətlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə işləyirlər.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın dövlət katibi Con Kerri NBC-yə müsahibəsində deyib.
Bu yaxında Rusiyaya səfərini şərh edən C.Kerri qeyd edib ki, Dağlıq Qarabağ ətrafında sülh prosesi daxil olmaqla, RF Prezidenti ilə bir sıra məsələləri müzakirə edib.